Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
TÜRK DÜNYASI

Əliyevlə görüş və Ərdoğanın səfəri… - Tarixi hadisə baş verdi

<b>Əliyevlə görüş və Ərdoğanın səfəri… - Tarixi hadisə baş verdi</b>

Azərbaycan prezidentinin Türkiyəyə rəsmi səfəri və bu səfərdən dərhal sonra Türkiyənin dövlət başçısının Özbəkistana getməsi, Prezident Şövkət Mirziyayevin ölkəsinin Türk Birliyinə qoşulacağı ilə bağlı bəyanatı türk dünyası üçün olduqca böyük önəm daşıyan və bəlkə də tarixi əhəmiyyət kəsb edən hadisədir

Axar.az xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şövkət Mirziyayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşü şərh edən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Özbəkistan prezidentinin ölkəsini böyük türk millətinin vətəni adlandırması və birləşmək zamanının gəldiyini bildirməsi onun dünyada və regionda baş verən prosesləri ciddi təhlil etdiyini və uzaqgörən bir siyasətçi olduğunu göstərir:
“İlk dəfədir ki, Özbəkistanın dövlət başçısı türk dünyasının ayrılmaz bir parçası olduğunu bəyan edir. Özbəkistan Asiyanın və türk dünyasının ürəyidir. Bu ölkənin iştirakı olmadan türk birliyini real hədəflərinə doğru aparmaq mümkün deyil. Nəzərə almaq lazımdır ki, Özbəkistan eyni zamanda Orta Asiyanın türk dövlətləri arasında da mühüm və mərkəzi mövqe tutur. Bu coğrafi mövqe Orta Asiyanın türk dövlətlərinin inteqrasiyası üçün mühüm elementlərdən biridir. Şübhəsiz ki, Azərbaycan və Türkiyə türk dünyasının gələcəyi üçün tarixi bir missiya həyata keçirirlər. Məhz Azərbaycan və Türkiyənin əməkdaşlığı, regionda və dünyada baş verən ziddiyyətli proseslərdən birlik və bərabərlik içərisində çıxmaları türk dünyasının milli-mədəni, iqtisadi-siyasi inteqrasiya modeli olaraq cazibədarlığını daha da artırıb. Özbəkistanın bu prosesə fəal şəkildə qoşulması isə həm də çox faydalı bir rəqabət mühiti yaradacaq”.
Analitik hesab edir ki, Qazaxıstan da türk dövlətlərinin inteqrasiyası istiqamətində səylərini daha da gücləndirəcək:
“Türkmənistan da bu prosesə daha aktiv şəkildə qoşulacaq. Qırğızıstanla bağlı “cadugər axtarışı”na da son qoymaq lazımdır. Bu prosesdə fəal mövqe nümayiş etdirmək missiyası Türkiyənin üzərinə düşür. Yalnız böyüklər böyük amallar üçün mühüm güzəştlərə gedə bilərlər. Bir daha qeyd etmək istəyirəm ki, Özbəkistanın Türk Birliyinə qoşulması tarixi hadisədir və bu münasibətlə türk dünyasının böyük gələcəyinə inanan hər kəsi təbrik edirəm”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Özbəkistana səfər edərək bu ölkənin prezidenti Şövkət Mirziyayev ilə görüşüb. Mirziyayev türkiyəli həmkarı ilə görüşündə ölkəsinin böyük türk millətinin vətəni olduğunu və birləşmək zamanının gəldiyini bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv