Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
MEDİA

Zaurdan şok addım: dələduz həkim efirdə... - Video

<b>Zaurdan şok addım: dələduz həkim efirdə... - Video</b>

“BizimləSən” verilişi vasitəsilə məşhurlaşan və dələduzluqda ittiham olunan ginekoloq Natiq Məhərrəmov hələ də efirdə reklam olunur

Axar.az xəbər verir ki, verilişin dünənki buraxılışında sözügedən həkimin fəaliyyəti ilə bağlı çarx təqdim olunub. Həmçinin verilişin aparıcısı Zaur Baxşəliyev cinayətkar şəbəkə ilə əlbir olduğu deyilən Natiq Məhərrəmov haqda yüksək fikirlər səsləndirib.
Qeyd edək ki, Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilib və qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.
Saxta, qanunsuz, lazımsız və bahalı dərmanların xəstə insanlara satılmasına kömək edib, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında ATV-nin məşhurlaşdırdığı ginekoloq Natiq Məhərrəmov da var. Minval.info yazıb ki, o, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.
Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişidir.











FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv