Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
MƏDƏNİYYƏT

Soltan Soltanlının əsəri üçüncü yerə layiq görülüb

<b>Soltan Soltanlının əsəri üçüncü yerə layiq görülüb</b>

Türkyədə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ənənəvi olaraq keçirilən və 6 gün davam edən 9-cu Uluslararası Turizm Karikaturaları Yarışması başa çatıb

Bu il yarışmaya 62 ölkədən 584 rəssam 1101 əsərlə qatılıb. Qeyd edək bu bu yarışma 2009-cu ildən başlayaraq hər il keçirilən yeganə turizm karikatıraları yarışmasıdır.
“Keçmişdən bu günə tətillər” mövzusuna həsr edilmiş bu yarışmada Azərbaycanı təmsil edən, bir çox ölkələrdə keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edən rəssam Soltan Soltanlı üçüncü yerə layiq görülüb. Qalibləri mükafatlandırma mərasimi İzmirdəki “Four Points Sheraton” otelində baş tutub. Yarışma ilə bağlı 6 gün davam edən tədbirlər aprelin 29-da başa çatıb.

Müsabiqədəki iştirakı ilə bağlı S.Soltanlı bunları deyib: “Hələ 2001-ci ildə bu ölkədə düzənlənən başqa bir beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüşdüm. Bu yarışmada isə hər il iştirakçıların sayı artır. Göndərilən əsərləri ayrı-ayrı vaxtlarda iki fərqli heyətdən ibarət beynəlxalq jüri dəyərləndirib. Yarışmaya üç əsər göndərmişdim, onlardan ikisi 140 əsərlə final mərhələsinə adlayıb, sonda isə bir əsərim üçüncü yer qazanıb.”
Tədbirdə yarışmanın təşkilatçısı Ferzan Çelikqanad turizmə ticarət baxımından yanaşmadıqlarını, onun həm də sosial, mədəni əlaqələrin inkişafında vasitə olduğunu bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv