Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
İQTİSADİYYAT

Dollar bahalaşır: AMB-nin sentyabradək qərarı… -Təhlil

<b>Dollar bahalaşır: AMB-nin sentyabradək qərarı… -Təhlil</b>

Son günlər ABŞ dolları dünya bazarında aparıcı valyutalara, o cümlədən avroya nisbətən möhkəmlənməkdədir

Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, bir müddət öncə 1 avro almaq üçün 1.24 ABŞ pulu ödəmək lazım idisə, indi Avropanın vahid valyutasının məzənnəsi 1.20-dən də aşağı düşüb:
“ABŞ-da elan edilən iqtisadi göstəricilər fonunda Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsi ilə bağlı əvvəlki artım qərarları, eləcə də Avropa Mərkəzi Bankının uçot dərəcəsini dəyişməz saxlaması və sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing-QE) prosesinin davam etməsi də qlobal valyuta bazarına təsirsiz ötüşmür. Avropa Mərkəzi Bank pul siyasəti faizini 0%, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənilir”.
İqtisadçının sözlərinə görə, dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə də təsirsiz ötüşmür:
“Hələlik neftin qiymətində kəskin azalmalar müşahidə edilməsə də, “qara qızıl”ın mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azalması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suriya və İran ətrafında baş verənlər yüksək saxlayır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv