Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
TÜRK DÜNYASI

Şok: Akınçı Türkiyədən imtina edir

<b>Şok: Akınçı Türkiyədən imtina edir</b>

Şimali Kipr Prezidenti Mustafa Akınçı Cənubi Kiprə yeni təklif irəli sürüb

Axar.az xəbər verir ki, Akıncı Türkiyənin adadakı təsirini azaltmağı hədəfləyən Quterreş sənədlərini qəbul etməyi təklif edib. Akıncının bu təklifi Şimali Kiprdə ona qarşı sərt tənqidlərə səbəb olub.
Şimali Kiprin 3-cü prezidenti Dərviş Əroğlu Akıncının bu təklifinin adadakı türk millətinin gələcəyini təhlükə altına atdığını bildirib. O, bu təklifin əsla qəbul edilməməli olduğunu deyib:
“Türkiyənin Kiprdəki hərbi mövcudluğundan, təsirindən imtina etmək ağıllı addım deyil. İngiltərə burada bazalarını saxlamağa davam edəcək, Rusiya, Fransa, Yunanıstan, İsrail istədiyi kimi torpaqlarımızda hərəkət edəcək, amma Türkiyə Kiprdə olmayacaq. Cənab Akıncı bunumu hədəfləyir? Akıncı dünya və bölgədəki hadisələri görmürmü? Heç bir zəmanətçiləri olmadığına görə fələstinlilərin başına gələnləri görmürsünüzmü?”
Qeyd edək ki, Quterreş sənədi keçən il İsveçrədə Kipr liderlərinin görüşündə tərəflərə təqdim edilib. Sonradan bu görüş nəticəsiz qalıb.
Bu sənədə əsasən, Türkiyənin adada təsiri başa çatdırılmalı, adadakı türk əsgərlərinin sayı 650-yə endirilməli, onların yerinə beynəlxalq koalisiya yerləşdirilməlidir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv