Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
QHT XƏBƏR

Dünya azərbaycanlıları “AXC-nin 100 illiyi” kampaniyasını keçirəcək

<b>Dünya azərbaycanlıları “AXC-nin 100 illiyi” kampaniyasını keçirəcək</b>

Ötən ay vətəndaş cəmiyyəti və diaspor nümayəndələrinin təşəbbüsü ilə Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası keçiriləcək

DJB-nin mətbuat xidmətindən verilən məlumata görə, kampaniyanın təşkilatçıları Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir.
Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir.
Kampaniyaya 12 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna, Avstraliya, Kipr) diaspor təşkilatları qoşulub. Layihə çərçivəsində 20 gün ərzində hər dəfə bir ölkədəki diaspor üzvləri yaşadıqları şəhərin məşhur meydanlarında yerli xalq arasında AXC haqqında məlumatlandırma aparacaqlar. Eyni zamanda əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan poster tutaraq dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını göndərəcəklər. Ayrıca Azərbaycandakı 20 QHT bu kampaniyanın virtual təbliğatını aparacaq. Sonda isə 12 ölkədən diaspor təşkilatlarının göndərdikləri videolardan ibarət video-çarx hazırlanacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv