Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
TÜRK DÜNYASI

Türk lider ABŞ-a gedir: Trampla görüş

<b>Türk lider ABŞ-a gedir: Trampla görüş</b>

Özbəkistan Prezidenti Şövkət Mirziyayev mayın 15-də ABŞ-a səfər edəcək

Axar.az xəbər verir ki, bu barədə məlumatı Mirziyayevin mətbuat xidməti yayıb. Səfərin iki gün davam edəcəyi bildirilib.
Rəsmi Daşkənd səfərin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutduğunu açıqlayıb.
Səfər zamanı Mirziyayev Trampla bərabər, konqresmenlər, müdafiə naziri və dövlət katibi ilə də görüşəcək. Onun həmçinin Dünya Bankını da ziyarət etməsi planlaşdırılır.
Qeyd edək ki, bu, Mirziyayevin ABŞ-a ikinci səfəridir. O, keçən ilin sentyabrında BMT Baş Assambleyasında iştirak üçün Nyu Yorka getmişdi. Trampla isə Mirziyayev sonuncu dəfə 2017-ci ilin mayında Ər-Riyadda keçirilən ABŞ və müsəlman ölkələri sammitində görüşmüşdü.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv