Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
İDMAN

Formula-1: Bakını Mayami əvəzləyir? - Açıqlama

<b>Formula-1: Bakını Mayami əvəzləyir? - Açıqlama</b>

ABŞ-ın Mayami şəhərinin Formula-1 təqvimində Azərbaycan Qran Prisini əvəzləyəcəyinə dair məlumatların heç bir əsası yoxdur və bu variant mümkün deyil

Bunu Report-a açıqlamasında Bakı Şəhər Halqasının (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
O bildirib ki, BŞH-nin Formula-1 rəhbərliyi ilə 2020-ci ilədək müqaviləsi var. Hazırda bu sözləşmənin daha 5 il müddətinə uzadılması istiqamətində danışıqlar gedir:
"Mövcud müqaviləni nə biz pozmaq istəyirik, nə də Formula-1-in yeni sahibi "Lyberty Media". Əksinə, bu qurumun icraçı direktoru Çeyz Keri fevralda Bakıya gələrək, Formula-1-lə anlaşmamızı davam etdirmək istiqamətində müzakirələr aparmışdı".
Azərbaycan Qran Prisinin gələn il Formula-1 təqvimindən çıxarılacağına dair narahatlığa ehtiyac olmadığını vurğulayan BŞH rəsmisi bunun növbəti mövsümün təqvimdə əksini tapacağını əlavə edib:
"Mayamidəki Qran Pri də şəhər tipli trasda keçiriləcək. Ola bilsin, bu səbəbdən, Mayaminin gələn il Bakını əvəzləyəcəyinə dair iddialar ortaya atılıb. Lakin hazırda Danimarka da Kopenhagen küçələrində Qran Pri keçirməkdə maraqlıdır və hətta bu məqsədlə Bakının təcrübəsini öyrənməyə gəlmişdilər. Bu baxımdan, Qran Pri keçirmək istəyən hər bir şəhərin Formula -1 rəhbərliyi ilə müqaviləsi olmalıdır. O cümlədən, bizim də qüvvədə olan anlaşmamız mövcuddur".
Qeyd edək ki, Mayami şəhər rəhbərliyi 2019-cu ildən Formula-1 üzrə Qran Prinin təşkilinə razılıq verib. Lakin Beynəlxalq Avtomobil İdmanı Federasiyası ilə müzakirələrdən sonra yarışın keçirilməsi gerçəkləşə bilər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv