Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
HADİSƏ

Cəzalanan gömrükçülərin sayı açıqlandı

<b>Cəzalanan gömrükçülərin sayı açıqlandı</b>

2017-ci il ərzində aşkar edilmiş xidməti pozuntulara görə, 209 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Bunu Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Qasımov "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda ictimai müzakirədə deyib.
İdarə rəisi bildirib ki, adı korrupsiyada hallanan 10 nəfər əməkdaşın adı prokurorluğa göndərilib:
"7 nəfər haqqında sənəd isə DGK-nın İstintaq İdarəsinə göndərilib, 2 nəfər tutduğu vəzifədən azad edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib. 5 nəfərin xüsusi rütbəsi aşağı endirilib və xəbərdarlıq edilib".
Fuad Qasımov qeyd edib ki, 47 nəfərə sonuncu xəbərdarlıq edilib: "114 nəfərə töhmət, 30 nəfərə isə xəbərdarlıq edilib".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv