Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
HADİSƏ

Yeni nazirdən daha bir təyinat

<b>Yeni nazirdən daha bir təyinat</b>

Kənd Təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi qurumun Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna (TETİ) baş çəkib

Report-a daxil olan məlumata görə, o, institut yeni inzibati binasına və laboratoriyalarına, İsrailin “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6.14 ha ərazidə qurulan müasir istixana və 30 ha açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib.
TETİ-nin alim və mütəxəssisləri ilə görüşən nazir onlara tapşırıq və tövsiyyələrini verib. O, bildirib ki, institutların tədqiqatları ölkənin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.
Bundan sonra institutun direktoru Ələddin Eyvazov nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv