Son xəbərlər
23 İYUL
22 İYUL
21 İYUL
20 İYUL
19 İYUL
SOSİAL

Abituriyentlərin intiharı MM-də müzakirəyə çıxarıldı

<b>Abituriyentlərin intiharı MM-də müzakirəyə çıxarıldı</b>

Valideynlər uşaqlara “Sən oxumasan, vəziyyətin pis olacaq”, “Hüquq fakültəsinə və ya hansısa fakültəyə daxil olmasan, dilənçi olacaqsan” deməklə düzgün etmirlər

Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakültəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər.
Report-un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Rzayev deyib.
O qeyd edib ki, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır: “Azərbaycanda “Peşə təhsili haqqında” qanun qəbul olunub. Hər bir insan özünə peşə seçməlidir, ona ləyaqətlə qulluq etməlidir. Uşaqlar niyə intihar etməlidirlər ki? Axı hamı alim ola bilməz... Burada televiziyaların da rolu var. Onlar da bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu qəbul edildikdən sonra tələbləri pozanlar ciddi cəzalandırılmalıdır.
Komitə sədri Aqiyə Naxçıvanlı da T.Rzayevin fikirləri ilə razılaşdığını qeyd edib.
Xatırladaq ki, dünən Sumqayıtda iki abituriyent qəbul imtahanından sonra intihar edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv