Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
SİYASƏT

Ermənilərin cəbhədə təxribatı... - Fuad Ələsgərov

<b>Ermənilərin cəbhədə təxribatı... - Fuad Ələsgərov</b>

Yalnız Azərbaycanla sülh Ermənistanın uğurlu inkişafına gətirib çıxara bilər

Virtualaz.org xəbər verir ki, bunu Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov deyib.
“Ermənistanda hazırda çox acınacaqlı vəziyyət müşahidə olunur. Bu ölkədə demoqrafiya və iqtisadiyyat tənəzzül keçirir və yalnız Azərbaycanla sülh Yerevana hər hansı şəkildə kömək edə bilər”, - Hərbi Cərrahların birinci Beynəlxalq Konqresində F.Ələsgərov qeyd edib.
O bildirib ki, Azərbaycan hərbi təbabətin inkişafına böyük diqqət ayırır.
“Bu, təsadüfi deyil, çünki Azərbaycanın əraziləri 20 ildən artıqdır ki, erməni işğalı altındadır”, - dövlət başçısının köməkçisi deyib.
O vurğulayıb ki, Ermənistan qoşunların təmas xəttində təxribatlara əl atır.
“2016-cı ilin aprelində münaqişə fəal fazaya keçdi və bütün dünya düşməndən işğal altında olan ərazilərin 2 min hektarını geri qaytarmağa müyəssər olmuş Azərbaycan ordusunun gücünə şahid oldu”, - F.Ələsgərov bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv