Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
İQTİSADİYYAT

Ekspertdən iş adamlarını sevindirən təklif

<b>Ekspertdən iş adamlarını sevindirən təklif</b>

Son illər vergi dərəcələrinin optimallaşadırılması dəfələrlə gündəmə gətirilsə də, vergi dərəcələrinin aşağı salınması müşahidə edilməyib

Bu sözləri vergi sistemindəki çatışmazlıqlar haqda danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert hesab edir ki, vergi yükünün azaldılması, eləcə də vergi dərəcələrinin optimallaşdırılması sahibkarlığın inkişafı baxımdan çox vacibdir:
“Hazırda Vergilər Nazirliyi Vergi Məcəlləsinə yeni dəyişikliklər hazırlayır. Əvvəla, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sadələşdirilmiş vergi dövriyyəsinin artırılmasına ehtiyac var. 2015-ci ildən bəri manatın dollar qarşısında 2 dəfə ucuzlaşmasına baxmayaraq, sahibkarlar üçün sadələşdirilmiş dövriyyənin məbləği dəyişdirilməyib. Bu baxımdan sadələşdirilmiş vergi dövriyyəsinin 200 min manatdan 400 min manatadək artırılması və buna uyğun olaraq müəssisələrin təsnifatının dəyişdirilməsi vacibdir.
İkincisi, vəsaitin nağdılaşdırılması zamanı tətbiq edilən 1 faizlik verginin ləğv edilməsinə ehtiyac var. Bu “qəribə” vergi xalis mənfəətdən ayırmadır ki, bu da həm vergi fəlsəfəsinə, həm də mövcud qanunvericiliyə ziddir. Sahibkar bütün vergiləri ödədikdən sonra yenidən vergi öhdəliyinə məcbur edilə bilməz. Nə qədər qəribə olsa da, vəsait nağdlaşdırılan zaman həm bank faizi tutulur, həm də sözügedən vergi tətbiq edilir.
Üçüncüsü, əlavə dəyər vergisinin differensial tətbiqinin həyata keçirilməsinə ehtiyac var. Mövcud qanunvericiliyə əsasən, elmlə məşğul olan da, ticarətdə işləyən də eyni dərəcdə 18 faiz vergi ödəyir. Halbuki sektorlardan asılı olaraq vergi dərəcələri fərqləndirilməlidir. Prioritet sektorlarda daha aşağı dərəcəli ƏDV-nin tətbiq edilməsi lazımdır.
Dördüncüsü, mənfəət vergisi daxil olmaqla digər vergi dərəcələrinin azaldılması çox vacibdir. Xüsusən də fiziki şəxslərin gəlir vergisi aşağı salınmalıdır”.
Ekspert bildirib ki, Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq təkliflər təqdim edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv