Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
MEDİA

İTV-də köklü islahat: ciddi proses başladı

<b>İTV-də köklü islahat: ciddi proses başladı</b>

İTV-nin baş direktoru vəzifəsini icra edən Balakişi Qasımov kanalda ciddi dəyişikliklərə start verib

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə və bir çox media orqanlarında yayılan məlumata əsasən, rəhbərliyin dəyişməsilə müəyyən struktur islahatları həyata keçirilir: bəzi verilişlərin bağlanması, yeni layihələrin işlənməsi üçün hazırlıqlar başlayıb.
Bildirilir ki, əsas məqsəd İTV-də neqativliyə son qoymaq, daha şəffaf bir mühit yaratmaqdır. B.Qasımovun İTV-nin nüfuzunu qaldırmaq üçün ciddi tapşırıqlar verdiyi və aktiv fəaliyyət göstərdiyi də iddia edilir.
Yayılan məlumatlarla bağlı Axar.az-a açıqlama verən İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai Yayım Şurasının üzvü Azər Həsrət bildirib ki, İTV-də keyfiyyət dəyişiklikləri olacaq:
“Amma indi heç bir mənbəyə istinad edilmədən yayılan xəbərləri şərh edə bilmərəm. Çünki mən Yayım Şurasının iclasında ayın 11-də olmuşam, ondan sonra hər hansı müzakirə və görüşümüz olmayıb. Orda nələrinsə baş verməsindən də xəbərim yoxdur”.
Maraqlıdır ki, İctimai TV-nin mətbuat katibi vəzifəsi hələ də boşdur. Üstəlik, mövcud telefonlar zəng qəbul etmədiyi üçün kanaldan yayılan məlumatlara münasibət öyrənmək mümkün olmadı.
Qeyd edək ki, may ayının 11-də İTV-nin baş direktoru Cəmil Quliyev kanalın Yayım Şurasına səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı rəsmi müraciət edib və müzakirədən sonra C.Quliyevin xahişi nəzərə alınıb.
Hazırda İTV-nin baş direktoru vəzifəsini müvəqqəti olaraq Balakişi Qasımov icra edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv