Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
SOSİAL

Məsələ araşdırılır, islahatlar olacaq - Yeni nazir

<b>Məsələ araşdırılır, islahatlar olacaq - Yeni nazir</b>

Əlilliyin təyin olunması ilə bağlı məsələləri araşdırırıq və bu sahədə biz islahatlar aparmaq istəyirik

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.
S. Babayevin sözlərinə görə, həm qanunvericilik, həm prosedur baxımından, həm də ümumilikdə bu prosesin sosial ədalətli olması baxımından islahatlar aparmağa ehtiyac var.
"Əlilliyin meyarlarına baxılmalı, beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır, ərizə-müraciətlərin təqdim olunma forması araşdırmalıdır, bu sahə ilə məşğul olan müxtəlif dövlət orqanlarının işi əlaqələndirilməlidir, prosesi tam şəffaf şəkildə etmək istəyirik. Prosesin hər hansı ləngimə və ya administrativ-bürokratik maneə ilə rastlaşmamasını təmin etmək istəyirik. İstəyirik ki, buna haqqı çatan hər bir şəxsin buna çıxışı olsun, çatmayanların isə qarşısı alınsın. Bu işlər sistemli şəkildə görüləcək. Bununla bağlı müvafiq komissiya yaradılıb. Həm Səhiyyə Nazirliyində işçi qrupu, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu yaradılıb. Bu iki işçi qrup birgə işləyərək kriteriya baxımından, normativ hüquqi baza baxımımdan və prosedur baxımından təkliflər hazırlayırlar", - deyə nazir qeyd edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv