Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Aleksandr Vuçiç Milli Məclisdə

<b>Aleksandr Vuçiç Milli Məclisdə</b>

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 22-də Azərbaycan Respublikası Milli Məclisində olub

Serbiya Prezidenti əvvəlcə Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə Zalında olub. Burada qonağa Ümummilli Liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və beynəlxalq əlaqələrinin qurulmasında Ulu Öndərin xidmətləri barədə məlumat verilib.
Serbiya Prezidenti xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında görüş olub.
Oqtay Əsədov Aleksandr Vuçiçin vaxtilə Serbiyanın Baş naziri kimi də Milli Məclisdə olduğunu xatırladıb. Ölkələrimiz arasında əlaqələrin tarixindən danışan Milli Məclisin sədri münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini bildirib. Vurğulayıb ki, ölkələrimiz bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Oqtay Əsədov iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu söyləyib.
O, ölkələrimiz arasında imzalanmış sənədlərin ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil etdiyini bildirib.
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələrindən danışan Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. O, beynəlxalq qurumlardakı əməkdaşlığın da razılıq doğurduğunu söyləyib.
Prezident Aleksandr Vuçiç Azərbaycan-Serbiya əlaqələrinin inkişafından məmnunluğunu bildirib. Ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənməsi üçün böyük potensialın olduğunu deyən Serbiya Prezidenti bu istiqamətdə lazımi addımların atıldığını diqqətə çatdırıb.
Serbiya dövlətinin başçısı qeyd edib ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək. O, Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Vurğulayıb ki, Serbiya da hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyəcək. Ali qonaq ölkəmizi uğurla reallaşdırdığı böyük layihələrə görə təbrik edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv