Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
MƏDƏNİYYƏT

“Cəfər Cabbarlı Mükafatı”- 2018 təqdim edildi

<b>“Cəfər Cabbarlı Mükafatı”- 2018 təqdim edildi</b>

R.Behbudov adına Mahnı Teatrında 2018-ci ilin “Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi keçirilib

“C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil müəssisələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna həsr olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində reallaşdırılıb. Qeyd edək ki, layihənin rəhbəri təşkilatın sədri, C.Cabbarlının ev muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddin qızı Bağırovadır.
Tədbirdə Q.Bağırova bildirib ki, “Cəfər Cabbarlı Mükafatı” ilk dəfə C.Cabbarlı Ev Muzeyinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin iştirakı və “BP” şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunub: “Mükafat Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilib. Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq sonrakı illərdə bu mükafat müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilib. Belə ki, ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlar, ədəbiyyat və incəsənət xadimləri bu mükafata layiq görülüblər”.
Daha sonra 2018-ci ilin “C.Cabbarlı Mükafatı”na layiq görülənlərin adları açıqlanıb:
1. Ədəbiyyatşünaslıq nominasiyası üzrə - Qəzənfər Məhəmməd oğlu Paşayev ( filologiya üzrə elmlər doktoru, professor)
2. Teatr və kino nominasiyası üzrə - Şəfiqə Haşım qızı Məmmədova ( Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti)
3. Jurnalistika nominasiyası üzrə - İradə Məmməd Araz qızı Tuncay (“Ədalət” qəzetinin baş redaktoru, əməkdar jurnalist)
4. Teatr nominasiyası üzrə - Hafiz Məhərrəm oğlu Quliyev (Azərbaycan Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi).
Tədbirdə Azərbaycanın mədəniyyət, incəsənət, habelə ədəbi mühitinin nümayəndələri iştirak edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv