Son xəbərlər
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
QHT XƏBƏR

Gənclərə turizmin təbliğində effektli bloqçuluqla bağlı bilik və vərdişlər aşılanıb

<b>Gənclərə turizmin təbliğində effektli bloqçuluqla bağlı bilik və vərdişlər aşılanıb</b>

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Azərbaycan turizminin təbliği naminə effektli bloqçuluq” mövzusunda 2 dəfəlik təlim keçirilib. Təlimçi, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlu tərəfindən keçirilən təlimdə xarici dildə Azərbaycan turizmi haqqında yazılarla effektli bloqçuluq fəaliyyətinin yolları tələbə-gənclərə başa salınıb, bununla bağlı praktiki vərdişlər aşılanıb. Təlimdə 20 tələbə-gənc iştirak edib. Təlimi bitirmiş gənclərə sertifikatlar verilib.
Qeyd edək ki, yuxarıda qeyd edilən təlimdən əlavə, 4 aylıq layihə çərçivəsində artıq “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak”, “Xarici internet mediada Azərbaycan turizminin təbliğinə həsr edilmiş kəsərli məqalələrlə çıxış” mövzularında təlimlər keçirilib. Həmçinin, İsmayıllıda mövzuya uyğun daha bir təlimin keçirilməsi, “Yenimedia.info” saytının bu sahəyə aid yazılarla fəaliyyət göstərməsi üçün təkmilləşdirilməsi və turizmin təbliğinə aid kitabçanın çapı nəzərdə tutulur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv