Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
SİYASƏT

İrəvandan qarışıq açıqlama: Qarabağın həlli üçün...

<b>İrəvandan qarışıq açıqlama: Qarabağın həlli üçün...</b>

Xankəndi Qarabağdakı danışıqlarda aktiv iştirak etməlidir

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.
“Ermənistanın Qarabağla bağlı mövqeyi dəyişməyib. Bizim Qarabağın danışıqlarda aktiv iştirakı ilə bağlı mövqeyimiz yeni xəbər deyil. XİN əvvəl də bunu tələb edib. Məqsədimiz odur ki, Azərbaycan tərəfi konfliktin həlli üçün Qarabağın danışıqlar masası arxasına oturmağını dəqiq anlasın. Lakin biz Qarabağın zəmanətçisi kimi danışıqları davam etdirəcəyik və bundan imtina etməyəcəyik”, - Balayan bildirib.
O, həmçinin, İrəvana iyun ayında Minsk Qrupunun həmsədrlərinin gələcəyini deyib. Balayan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqqında hələlik razılaşmanın olmadığını qeyd edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv