Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
İQTİSADİYYAT

Əlavə milyardlar gəlir: hara xərcləməli? – Təklif

<b>Əlavə milyardlar gəlir: hara xərcləməli? – Təklif</b>

Neftin dünya bazar qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib

Bu sözləri 2018-ci ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərlə bağlı danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, bu il dövlət büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir:
“İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına əsasən, neftin orta qiymətinin 75 dollar olması Azərbaycan üçün əlavə 5 milyard manatdan artıq gəlir deməkdir. Bu isə həm Dövlət Neft Fonduna, həm də dövlət büdcəsinə proqnozlaşdırıldığından əlavə daxilolmalar vəd edir. Neftin mövcud qiymətləri fonunda Azərbaycanın strateji valyuta ehtiyatlarının artacağı da proqnozlaşdırılır. 2018-ci ilin dövlət büdcəsinin xərclərinin əvvəlki illə müqayisədə 3 milyard manata yaxın çox proqnozlaşdırıldığını nəzərə alsaq, büdcə sənədinə ediləcək dəyişikliklərdə xərc maddələrinin kəskin artırılması arzuolunan deyil. Təbii ki, gəlir və xərclərin hansı səviyyədə artırılması neftin büdcədəki yeni qiymətindən asılı olacaq. Yeni qiymətin yüksək müəyyənləşdirilməsi büdcəyə daxil olmaları daha çox artıra bilər. Bütövlükdə, fiskal konsolidasiya siyasətinin davam etdirilməsi daha məqsədəuyğundur. Siyası faktorlar zəifləyərsə, neftin dünya bazar qiymətinin uzun müddətli dövrdə yüksək qalacağı az inandırıcıdır”.
İqtisadçı hesab edir ki, büdcəyə əlavə ediləcək vəsaitin bank sektorunun sağlamlaşdırılmasına, əhalinin xərclərinin azaldılması üçün dəqiqləşdirilmiş büdcədən xarici valyutada olan kreditlərdə yaranan fərqin bir hissəsinin kompensasiyasına ayrılması daha məqsədəuyğundur:
“Bu baxımdan da daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir. CESD olaraq, 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paket hazırlayıb hökumətə təqdim etmişik. Biz üçtərəfli mexanizmin tətbiqini təklif edirik və bu “üçtərəfli güzəşt” mexanizmi adlanır. Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarətdir ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün də, bank və dövlət üçün də ağırlıq yaratmır. Bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür. Nəticə etibarilə, bu imkan verir ki, problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olsun. Bu zaman Mərkəzi Bank heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanına malik olur.
Problemli kredit məsələsinin həlli üçün düşünürəm ki, bizim təkiliflərin qəbul edilməsi məqsədəuyğun olardı”









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv