Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SOSİAL

Abituriyentlərin intiharında günahkar onlardır - Millət vəkili

<b>Abituriyentlərin intiharında günahkar onlardır - Millət vəkili</b>

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə abituriyentlər, ümumiyyətlə gənclər arasında intihar halının mətbuatda işıqlandırılmasına qarşı çıxıb

APA-nın məlumatına görə, Milli Məclisdə keçirilən dəyirmi masada S. Novruzov bildirib ki, son vaxtlar xüsusilə abituriyentlər arasında intihar hallarının baş verməsində mətbuat günahkardır.
“Məsələn, biri intihar edir, mətbuat isə bunu işıqlandırır, dayanmadan təbliğ edir. Bunu görən digər uğur qazanmayanlar da intihara meyllənir. Əvvəllər belə hallar gizli saxlanırdı, indi isə sanki açıq təbliğ olunur. Hesab edirəm ki, bu barədə ciddi düşünməliyik”, - deyə o qeyd edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv