Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
İQTİSADİYYAT

AZPROMO və “KazakhExport” arasında Anlaşma Memorandumu imzalanıb

<b>AZPROMO və “KazakhExport” arasında Anlaşma Memorandumu imzalanıb</b>

Mayın 23-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan işgüzar görüşü keçirilib

Tədbirdə Azərbaycan və Qazaxıstan tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, konsaltinq, tikinti, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak edib.
AZPROMO-nun prezidenti Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsayev Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.
İşgüzar görüş çərçivəsində AZPROMO və “KazakhExport” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı əməkdaşlıq, müntəzəm olaraq iqtisadi, ticarət və biznesə dair məlumatlar və sahibkarların dəstəklənməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsi, hər iki ölkənin sahibkarları arasında mövcud əlaqələrin genişləndirilməsi və yeni əlaqələrin yaradılması və s. məsələlər əksini tapıb.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv