Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
DÜNYA

BVF-dən hesabat: Ermənistan Qafqazın ən yoxsulu seçildi

<b>BVF-dən hesabat: Ermənistan Qafqazın ən yoxsulu seçildi</b>

Ermənistan yenidən Cənubi Qafqazın ən yoxsul dövləti olub

Bu barədə məlumat Beynəlxalq Valyuta Fondunun hesabatında yer alıb. Hesabat ölkənin ümumdaxili məhsulun adambaşına düşən payının nə qədər olması və əhalinin alıcılıq qabiliyyətinin pariteti əsasında hazırlanıb. BVF 2018-ci ildə Ermənistanda ÜDM-nin adambaşına düşən payının 10 min dollar təşkil edəcəyini və bunun keçən ilin göstəricisindən (9400 dollar) çox olduğunu bildirib. Bu göstərici ilə Ermənistan 192 ölkə arasında 113-cü yerdə qərarlaşıb.
BVF-nin təqdim etdiyi göstərici həmçinin Cənubi Qafqaz ölkələri arasında da ən aşağı olub. Belə ki, Azərbaycanda 2018-ci ildə bu göstəricinin 18,04 min dollar, Gürcüstanda isə 11,48 min dollar təşkil edəcəyi açıqlanıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv