Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
SOSİAL

Həmin müəllim və direktor... - Təhsil Şöbəsindən açıqlama

<b>Həmin müəllim və direktor... - Təhsil Şöbəsindən açıqlama</b>

Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi Həbib Əlizadə ilə direktor Ziyafəddin Cavadov arasındakı problem həll olunub

Bu barədə Lənkəran Rayon Təhsil Şöbəsindən məlumat verilib. Şöbədən bildiriblər ki, Həbib müəllimin ekskursiya təklifini reallaşdıracaqlar:
“Həbib müəllimlə direktor Ziyafəddin Cavadov arasında kiçik insident olub. Bölmə polisinin yanından keçən zaman polis bunu eşidib. Biz polisə də bildirdik ki, Həbib müəllimin polisə çağırılmasını istəmirik. Hazırda hər şey qaydasındadır, heç bir problem yoxdur. Həbib müəllim fəal, qabaqcıl və müasir müəllimdir, həmçinin Ziyafəddin müəllim də. Sadəcə olaraq direktorla müəllimin yüngülvarı problemi olub. Təhsil şöbəsi məsələni bildikdən sonra müdaxilə etdi və artıq hər şey qaydasındadır. Hər bir kollektivdə kiçik problemlər olur. Bizim də vəzifəmiz belə məsələləri həll etməkdir.
Sosial şəbəkələrdə yazılan qədər böhranlı bir vəziyyət yoxdur. Biz Həbib müəllimi və məktəb direktorunu dəstəkləyirik. Ekskursiya qanuni olacaqsa, Həbib müəllimin təklifini qəbul edəcəyik. Ucqar dağ kəndinin məktəblilərinin Bakıya ekskursiyaya aparılması çox yaxşı təklifdir. Məktəblilərimizin dünyagörüşünün formalaşmasında belə gəzintilər çox böyük rol oynayır. Şübhəsiz ki, biz də qanuni istiqamət verəcəyik və bu ideyanı reallaşdıracağıq”.
Qeyd edək ki, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəb müəllimi Həbib Əlizadə Feysbukda məktəbin direktoru Ziyafəddin Cavadovun onu polisə şikayət etdiyini bildirib. O, direktorun şikayətinin məktəbin şagirdlərinin Bakıya ekskursiyaya aparmaq istəməsi ilə əlaqədar olduğunu bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv