Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Kreml erməni nazirləri yoxlayır: Paşinyana niyə silah verilir?

<b>Kreml erməni nazirləri yoxlayır: Paşinyana niyə silah verilir?</b>

Ermənistan Müdafiə naziri David Tonoyan Astanada Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb

Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Görüşdə ikitərəfli və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında münasibətlər müzakirə edilib. Nazilər bəzi sahələrdə daha yüksək əməkdaşlığın təmini barədə razılığa gəliblər.
Rusiya son günlər digər erməni nazirlərlə də kontaktını gücləndirib. Tonoyanın Şoyqu ilə görüşündən bir qədər əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Levon Mnatsakanyana zəng edib.
Moskvanın Ermənistana yaxınlaşması ilə bağlı artıq erməni mətbuatı da müəyyən fikirlər səsləndirməyə başlayıb. Mətbuat Rusiyanın Ermənistana TOR sistemləri verməyə hazır olması haqqında xəbərlər yayıb.
TOR haqqında dünən parlamentdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan da danışıb. Deputatların bu sistemlərin əldə olunması haqqında razılığın nə zaman imzalanacağı ilə bağlı sualına Paşinyan “bu məlumat məxfidir” cavabını verib.
Daha sonra məsələni Ermənistan-Rusiya münasibətləri istiqamətinə yönəldən Paşinyan Soçi görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı münasibətlərinin formalaşdığını deyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv