Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
SİYASƏT

“Rüstəm İbrahimbəyov Rusiya kəşfiyyat eşalonunda yer alan ünsürlərdən biridir”

<font color=red><b>“Rüstəm İbrahimbəyov Rusiya kəşfiyyat eşalonunda yer alan ünsürlərdən biridir”</b></font>

Fazil Mustafa: “O, xalqa nifrət, kin püskürür”

Məlahət İbrahimqızı: “Damarında azərbaycanlı qanı axan bir kəs heç zaman belə film ərsəyə gətirməz”

Rusiyada yaşayan kinorejissor Rüstəm İbrahimbəyovun ssenaristi olduğu “Qafqaz üçlüyü” filmi Azərbaycanda sərt etirazla qarşılanıb. Filmdə azərbaycanlıların təhqir olunması ciddi təpkilərə və müzakirələrə yol açıb. Kinorejissor Ayaz Salayev də filmə iradını bildirib. O deyib ki, filmdə azərbaycanlılar aşağılanır və vəhşi, ermənilər isə ağıllı, təfəkkürlü, yazıq millət formasında nümayiş olunur.
Millət vəkili Fazil Mustafa bildirib ki, bir həqiqət özünü göstərir ki, azərbaycanlı yazarlar yaşları 60-70-i keçəndən sonra düşüncə, təfəkkür baxımından ortaya keyfiyyətli yazılar qoya bilmirlər: “Bunlardan biri də Rüstəm İbrahimbəyovdur”. O, qeyd edib ki, cəmiyyətdə müəyyən problemlər, neqativ hallar var: “Əgər o yazıçı kimi çatışmazlıqlara mövqe bildirib tənqid etsəydi, bu, qəbul olunardı. Amma o, xalqa nifrət, kin püskürür. Rüstəm İbrahimbəyov Rusiya kəşfiyyat eşalonunda yer alan ünsürlərdən biridir. Guya o humanizm ideyası yayır? Bir tərəfi alçaldıb digər tərəfi yüksəyə qaldırmaq humanizm deyil. Bu halda obyektivlikdən söhbət gedə bilməz. O, Rusiyanın, Ermənistanın xoşuna gəlmək üçün cılız üsullara əl atır. Bu tip adamların üzə çıxması cəmiyyət üçün yaxşıdır. Adamlar onların iç üzünü tanıyırlar. Bu ssenari Rusiya kəşfiyyatının müəyyən etdiyi tezislər əsasında yazılmış əsərdir. Bizim bu barədə mövqeyimiz sərtdir. Bir daha deyirəm, o, yazıçı kimi Azərbaycan xalqını normal tənqid etsəydi, mən də normal qarşılayardım. Amma burada söhbət bədii mətndən getmir. Rüstəm İbrahimbəyov ermənilərin törətdiyi faşizmi dəstəkləyir, onlara haqq qazandırır, ermənilərlə həmrəy olur. Ona görə də mövqeyimiz sərtdir və heç bir güzəşt ola bilməz”.
Deputat Məlahət İbrahimqızı vurğulayıb ki, Əkrəm Əylislinin "Daş yuxular" cızma-qarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır: “Azərbaycanlı tərəfindən "etiraf" olunan bu "həqiqətlər" dünya erməniliyi üçün əsl hədiyyədir. "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı" kimi təqdim olunması düşmən xislətli birisinin məhsuludur”. Məlahət İbrahimqızı bildirib ki, belə bir filmin çəkilməsini təsəvvür edə bilməzdim. Çünki damarında azərbaycanlı qanı axan bir kəs heç zaman belə film ərsəyə gətirməz. Bu filmdə Azərbaycan xalqına həqarət edilir. Bunu yalnız damarında erməni qanı olan, ermənipərəst, erməni düşüncəli, erməni təfəkkürlü insan edə bilərdi. Filmin ssenari müəllifi olan Rüstəm İbrahimbəyov burada öz millətini vəhşi, zorakılıq edən xalq kimi göstərib. Damarında erməni qanı axan bu şəxsin yaramaz davranışı Azərbaycan xalqına qarşı xəyanətdir. O, bu filmi çəkərkən başqaları ilə işbirliyi edib. Onun bu filmdə Azərbaycan xalqını təhqir etməsi, öz millətinin "vəhşi" obrazını yaratmaqla aşağılaması azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür. Bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar. Bu film Rüstəm İbrahimbəyovun xalqımıza qarşı xəyanətkar əməlinin göstəricisidir".
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib ki, “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar: “Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya və Fuad İbrahimbəyovdur. Filmin çəkilişi zamanı bir nəfər də olsun azərbaycanlı iştirak etməyib (nəzərə alsaq ki, Rüstəm İbrahimbəyov çoxdan öz əsl azərbaycanlı kimliyini itirib). Azərbaycan əleyhinə ssenarisi R.İbrahimbəyov tərəfindən məqsədyönlü və qərəzli şəkildə yazılmış bu filmə diqqət yetirdikdə burada tarixi faktların, mövcud reallıqların, baş verən hadisələrin təhrif olunduğu, qərəzli və yalan məlumatların yer aldığı açıq-aydın görünür. Çünki milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini, ermənilərin pulu ilə satın alınmış vicdanını, insani keyfiyyətlərini itirən, Azərbaycan xalqını daim aşağılamağa çalışan Rüstəm İbrahimbəyov kimi "məşhur ssenarist"in Dağlıq Qarabağda baş verən hadisələr, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması yəqin ki, heç yadına da düşmür. Qeyd etmək lazımdır ki, 1988-ci il hadisələri başlayan gündən Dağlıq Qarabağ məsələsi İttifaq mətbuatının səhifələrində geniş şərh olunsa da, informasiya blokadası Azərbaycanın mövqeyini görünməyə qoymur, mərkəzin təbliğat maşını hadisələri birtərəfli işıqlandırırdı. Münaqişə başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi (kütləvi informasiya vasitələri və mərkəzi mətbuatın ermənipərəst çıxışları) özünü açıq-aşkar göstərirdi. Ermənilərin mərkəzi mətbuat vasitəsilə Azərbaycana qarşı apardıqları yalan və böhtan kampaniyası münaqişənin gedişində də öz təsirini göstərirdi. Erməni lobbisinin təsiri altında olan mərkəzi mətbuatdakı yazıların bir çoxunda belə bir fikir var idi ki, Dağlıq Qarabağ barədə ərazi iddialarının həllində ermənilərin marağı nəzərə alınmalıdır. Bu işdə ermənilərin siyasi mənafelərini təmsil edən bir sıra rəsmi və qeyri-rəsmi xadimlər xüsusilə canfəşanlıq göstərirdilər”.
Onun sözlərinə görə, o dövrdə erməni lobbisinin təsiri altına düşənlərin istər SSRİ məkanında, istərsə də xarici ölkələrdə erməniləri müdafiə məqsədilə etdiyi çıxışlar onu göstərirdi ki, onlar bu məsələdə tamamilə məlumatsız (?) idi və yalnız ermənilər tərəfindən əldə etdikləri saxta materiallara əsaslanırdılar: “Mərkəzin himayədarlığı ilə Azərbaycana qarşı ərazi iddialarını və təcavüzünü davam etdirən ermənilər SSRİ-nin süqutu ərəfəsində məsələni beynəlxalq səviyyəyə çıxarmağa səy göstərirdilər. Erməni emissarları dünyanın müxtəlif ölkələrinə səfərlər edərək öz iddialarını həyata keçirmək üçün problemi beynəlxalq səviyyəyə qaldırmağa çalışırdılar.
Bu gün də bu proses davam edir. Amma başqa formada. Ermənilərin tarixi və etnik problemləri ilə məşğul olmayan Rüstəm İbrahimbəyov və onun kimi sapı özümüzdən olan baltalar erməni lobbisinin təsiri ilə birdən-birə parlamaq istəyirlər. R.İbrahimbəyov bədnam filmdə “əziyyət çəkmiş” ermənilərin halına acıyaraq onların daimi təəssübkeşlərindən birinə çevrilib. R.İbrahimbəyov və onun kimilər Dağlıq Qarabağ məsələsinə münasibətdə anti-Azərbaycan mövqe tutaraq, hadisələrə birtərəfli, qərəzli mövqedən yanaşırlar…”.
O, əlavə edib ki, filmdə Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlılar”ın “dinc ermənilər”ə qarşı qəddarlığını göstərməkdir: “Bununla yanaşı, filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti aydın şəkildə özünü büruzə verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.
Həqiqət isə tam əksinədir. 1988-1994-cü illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar var.1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların da 57-si qadın, 23-ü uşaqdır. Ancaq şahidlərin sözlərinə görə, öldürülən uşaqların sayının daha çox olması haqqında faktlar da var. Yəqin, "məşhur ssenarist" bunu da bilməmiş olmaz. 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq edib, borunu hündür uçurumdan dərəyə ataraq uşaqları qətlə yetiriblər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 5-12 yaşlarında 70-ə yaxın uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlayıblar. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılıb.
İnsani keyfiyyətlərini itirən "məşhur ssenarist"ə xatırlatmaq lazımdır ki, Xocalıda vəhşicəsinə öldürülən 613 nəfərdən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, başları kəsilib, yaxud başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınlar süngü ilə deşik-deşik edilib. Xəsarət alanlardan 487 nəfəri şikəst olub ki, onlardan 76 nəfəri azyaşlıdır.
Heç şübhəsiz ki, Əkrəm Əylislinin “Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir. Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, bir başa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar. Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmanın, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir”.
Yurddaş Partiyasının sədri Mais Səfərli isə diqqətə çatdırıb ki, Rüstəm İbrahimbəyovun bu hərəkəti nəinki narahatçılıq, hətta hiddət yaradan addımdır: “Azərbaycanın çörəyini yemiş, Ulu öndər Heydər Əliyevin sayəsində yüksək titullara sahib olmuş, yüksək mərtəbələrə çatmış, prezident İlham Əliyevin göstərdiyi diqqət nəticəsində dünyada tanınan şəxsə çevrilmiş adamdan, xüsusən azırbaycanlı soyadını daşıyan birisindən belə bir addım gözləmək doğrudan da insanda qəzəb yaradır. Rüstəm İbrahimbəyovun milli mənsubiyyətinin araşdırılmasına ehtiyac var...”.

Əli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv