Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

“Ən namussuz adam da xalqına qarşı belə hərəkətə qol qoymaz”

<font color=red><b>“Ən namussuz adam da xalqına qarşı belə hərəkətə qol qoymaz”</b></font>

Qüdrət Həsənquliyev: "2013-cü ildə Rüstəm İbrahimbəyov Moskvadan prezident seçkilərinə göndəriləndə əksəriyyət onun KQB agenti olduğunu başa düşmüşdü"

Görünür, rusların əlində elə məlumatlar var ki, bu adamlar şərəfini itirmiş mili satqınlar kimi tarixdə və xalqımızın yaddaşında qalmağı, o dünyaya (cəhənnəmə) xalqın lənətləri getməyi üstün tuturlar, nəinki o məlumatların açılmasını.
Bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderatorun suallarını cavablandırarkən deyib.
"İranın ali dini lideri ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra İranın həmin anlaşmaya sadiq qalması üçün digər iştirakçılar qarşısında şərt qoyub. Sizcə proseslərin sonu necə qurtaracaq" sualına cavabında partiya sədri bunları bildirib: 
"Sonda həmişə olduğu kimi güclü qalib gələcək. İran çevik siyasət yürütməsə  və müəyyən güzəştlərə getməsə ya İranın daxilində inqilab baş verəcək ya da hərbi güc tətbiq etməklə ABŞ, İsrail və onlara maliyyə dəstəyi verəcək Səudiyyə Ərəbistanı tərəfindən viran ediləcək. İranın nüvə silahı istehsal etməsi böyük dövlətləri narahat etsə də bizim üçün qorxulu deyil. Bu imkan verəcək ki, Türkiyə də həmin silaha sahib sahib olsun. Nəticədə regionda Rusiyanın hegemonluğuna son qoyulacaq, sülh daha etibarlı təmin olunacaq. Nüvə silahı olmasaydı, üçüncü dünya müharibəsi çoxdan başlamışdı. Bu silah nə qədər təhlükəli olsa da böyük çəkindirici gücə malikdir, sülhün ən böyük təminatçısı odur. Ümid etmək istərdim ki, siyasi mollaların müdrikliyi çatacaq, Əsədin və Səddamın yolu ilə getməyəcək, müharibədən yayına biləcəklər. Biz öz soydaşlarımızla yanaşı İranda yaşayan digər xalqların da taleyinə görə çox narahatıq. İran bilməlidir ki, NATO üzvləri sonda ABŞ-ın yanında yer alacaq".
"Rüstəm İbrahimbəyovun filmi haqqında məlumatları necə qarşıladınız" sualına da millət vəkilinin maraqlı cavabı oldu:
"2013-cü ildə o Moskvadan prezident seçkilərinə göndəriləndə əksəriyyət onun KQB agenti olduğunu başa düşmüşdü. Bu gün susan Milli Şura rəhbərliyinin də çoxu bunu bilirdi, amma onun (Rusiyanın) vasitəsilə hakimiyyətə gəlmək istəyirdilər. KQB təəssüf ki, bizim bəzi ziyalıları sovet dövründə agent edib. Görünür, rusların əlində elə məlumatlar var ki, bu adamlar şərəfini itirmiş mili satqınlar kimi tarixdə və xalqımızın yaddaşında qalmağı, o dünyaya (cəhənnəmə) xalqın lənətləri getməyi üstün tuturlar, nəinki o məlumatların açılmasını. Rus FSB - si isə çox amansızdır, milli satqınlardan rezin kimi ömürlərinin qürub çağında da istifadə edir. Ən namussuz adam da xalqına qarşı belə hərəkətə qol qoymaz. Ona görə də mən ermənidən birbaşa pul almaq  qarşılığında bunun edildiyini istisna edirəm. Ermənilər pulla rus rəsmilərinə belə sifariş verə bilərlər.
Sonda bu milli xəyanətkarlar bilsinlər ki, bizim xalqımız onların təsvir etdiyi kimi qəddar və dözümsüz olsaydı çoxdan onların bağırsaqlarını bu həqarətlərə görə bayıra tökərdi. Amma ermənilər bunu həvəslə edərdi, vaxtilə Xocalıdakı günahsız körpələrə qarşı etdikləri kimi..."









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv