Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

“Azərişıq” ASC “Aran RETSİ”-də yenidənqurma işlərini uğurla davam etdirir

<b>“Azərişıq” ASC “Aran RETSİ”-də  yenidənqurma işlərini uğurla davam etdirir </b>

Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı respublikamızın inkişaf dinamikasını daha da sürətləndirir

Bütün sahələrdə olduğu kimi elektrik təsərrüfatlarının yenidən qurulması da bu inkişaf dinamikasına öz töhvəsini verməkdədir.
Aparılan işlər “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tərkib hissəsi olmaqla Aran regionunda kənd təsərrüfatının, aqrar sənaye komplekslərinin dayanıqlı elektrik təchizatının təmin edilməsinə yönəlmişdir.
110 kV-luq I və II Beyləqan hava xətlərində aparılan səmərəli işlər nəticəsində Beyləqan və Füzuli rayonlarının ikitərəfli elektrik enerjisi təchizatı təmin edilmişdir. Aparılan işlər nəticəsində yüzlərlə fermer təsərrüfatı, sahibkarlıq obyektləri, minlərlə hektar kənd təsərrüfatı sahələrinin suvarma sistemləri, eləcə də Beyləqan və Füzuli rayonlarının 140.000 nəfər əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur.
2017-ci ildə 35/10 kV-luq “Zərdab” yarımstansiyasında yenidənqurma işlərinə başlanılmış, transformatorlarının gücü 2 ədəd 10 MVA olan müasir tipli yarımstansiya inşa edilmişdir. Yeni tikilən yarımstansiyanın dayanıqlı elektrik təchizatı üçün 110/35/10 kV-luq Ucar yarımstansiyasından 30 km məsafədə yeni ikidövrəli 35 kV-luq “Ucar-Zərdab” hava xətti tikilib istifadəyə verilmişdir. Bundan sonra 35/6 kV-luq “Kür-Nasos” stansiyasının da normal iş rejimi bərpa edilmiş, minlərlə hektar ərazinin suvarılması təmin edilmişdir.
İmişli rayonu ərazisində 1970-cı ildə istismara verilmiş, 5 yaşayış məntəqəsini və İmişli şəhərinin bir hissəsini elektrik enerjisi ilə təmin edən 35/10 kV-luq Rəsullu yarımstansiyası da yenidən qurulmuşdur. Yarımstansiyada gücü 4 MVA olan 1 ədəd transformator müasir tipli gücləri 6,3 MVA olan 2 ədəd transformatorlarla əvəz edilmiş, 35 və 10 kV-luq qapalı paylayıcı qurğu tikilərək müasir tipli elektrik avadanlıqları quraşdırılmışdır. Görülmüş işlər əhalinin və kənd təsərrüfatı ilə məşğul olan fermer və sahibkarların fasiləsiz və keyfiyyətli enerji təminatına səbəb olmuşdur. Yarımstansiyanın dayanıqlı elektrik təchizatının təmin edilməsi məqsədi ilə 330 kV-luq İmişli yarımstansiyasından 9,5 km məsafədə ikidövrəli hava elektrik veriliş xətti çəkilmişdir. Yeni tikilmiş xəttin birinci dövrəsinə 35/10 kV-luq Muğan yarımstansiyası, ikinci dövrəsinə isə 35/6 kV-luq Çahar yarımstnasiyası qoşulmuşdur.
Hazırda əsasən sənaye obyektlərini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq “Bəhrəmtəpə-1” yarımstansiyasında yenidənqurma və genişləndirmə işləri aparılır. İşlər başa çatdıqdan sonra ən çox sənaye müəssisələrinin yerləşdiyi Bəhrəmtəpə qəsəbəsində bu müəssisələr dayanıqlı elektrik təchizatı təmin ediləcəkdir.
Suvarma mövsümündə nasos qurğularının və digər istehlakçıların daha keyfiyyətli elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün 35/10 kV-luq Qiyamadınlı yarımstansiyası yenidən qurulmuşdur. Yarımstansiyada 2 ədəd müasir tipli transformator quraşdırılmış, qapalı paylayıcı qurğu inşa edilmiş, digər müasir tipli avadanlıqlar quraşdırılmışdır. Görülən işlərdən sonra Hindarx ərazisində 9053 abonentin, o cümlədən ərazilərinin 90% suvarma nasosları ilə suvarılan əkin sahələrinin fasiləsiz enerji təchizatı təmin edilmişdir.
Ağcabədi Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyasında 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilməklə yenidənqurma işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra Ağcabədi şəhər əhalisinin, eləcə də tikintisi nəzərdə tutulan aqrar-sənaye komplekslərinin artan tələbata uyğun dayanıqlı elektrik enerjisi təchizatı təmin ediləcəkdir
Rayon ərazisində 35/10 kV-luq “Qaradağlı” yarımstansiyası və yarımstansiyanı qidalandıran 35 kV hava elektrik veriliş xətti düşmən atəşinə tuş gəlmiş Hindarx-Ağdam magistral yolunun sol tərəfində, Əfətli kəndinin yaxınlığında 1 ədəd 35/10 kV-luq, transformatorlarının gücü 2 ədəd 6,3 MVA olan 35/10 kV-luq “Əfətli” yarımstansiyası inşa edilmişdir. Görülən işlərdən sonra cəbhəboyu ərazidə əhalinin və əkin sahələrinin fasiləsiz enerji təchizatı təmin edilmişdir.
Uzun müddət istismarda olan 7 ədəd 35/10-6 kV-luq yarımstansiya yenidən qurulmuş, müasir standartlara cavab verən elektrik avadanlıqları ilə təchiz edilmişdir. 2 ədəd yeni 35/10 kV-luq yarımstansiya inşa edilərək istifadəyə verilmişdir. Xidməti ərazidə 2 ədəd istimar müddətini başa vurmuş 35-luq EVX, 16 ədəd 10 kV-luq EVX yenidən qurulmuş, 5 ədəd 35-luq xətdə, 12 ədəd 10 kV-luq xətdə əsaslı təmir işləri aparılmışdır.
Regionda aşağı gərginliklı paylayıcı şəbəkələrin Özünüdaşıyan İzolyasiyalı Naqillərlə yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülmüşdür. Ağcabədi rayonun 5, Beyləqan rayonun 6, Ağdam rayonunun 5, Füzuli rayonunun 7, Zərdab rayonunun 11, İmişli rayonunun 10 yaşayış məntəqəsində Cəbrayıl sahəsində yerləşən qəsəbələrdə ümumilikdə 41 kənd və qəsəbədə mövcud, həyətyanı sahələrdən keçən elektrik xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə əvəz edilmiş, uçot dəstləri kənara çıxarılmışdır.
Hazırda İmişli rayonu Hacırüstəmli kəndində, Füzuli rayonu Yağlıvənd, Ağdam rayonu Çıraqlı, Sarıcalı, Əhmədağalı kəndlərində, Ağcabədi rayonu Hüsülü, Avşar, Boyat kəndlərində, Şəhər ərazisində, Beyləqan rayonu I Şahsevən kəndində, Şəhər ərazisində işlər davam etdirilir,15500 ədəd SMART sayğac quraşdırılmış, 24921 ədəd qüsurlu sayğac dəyişdirilmiş, ümumilikdə 44355 ədəd uçot dəsti bərpa edilmişdir.Region üzrə 170 mln kVts elektrik enerjisinə qənaət edilmişdir.Əvvəllər itkilər 13,5% təşkil edirdisə, şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi istiqamətində aparılan işlər nəticəsində hazırda itkilər 12%-dən aşağı düşmüşdür.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv