Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
SİYASƏT

İbrahimbəyov buna görə xalqını aşağılayır - Heydərov

<b>İbrahimbəyov buna görə xalqını aşağılayır - Heydərov</b>

Kiminsə mənsub olduğu xalqla bağlı iftiralar söyləməsi, bu məqsədlə yaradıcılığından istifadə etməsi təəssüfləndiricidir

APA-nın məlumatına görə, bunu ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunmasına münasibət bildirən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov söyləyib.
F. Heydərov deyib ki, R. İbrahimbəyov cılız məqsədlərini həyata keçirə bilmədiyi üçün xalqını aşağılayır: "Belələrinə satqın da, nankor da demək olar. Bunu ancaq pisləmək olar. Bu gün Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dünyada layiqli yerini tutub, dünyada tanınıb. Azərbaycanın dünyada tanındığı vaxtda belə addım satqınlıqdan, nankorluqdan başqa bir şey deyil".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv