Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
SİYASƏT

Ermənistan XİN başçısı ilə görüş yeri və tarix... – Nazir

<b>Ermənistan XİN başçısı ilə görüş yeri və tarix... – Nazir</b>

Həmsədrlərin iyun ayında İrəvana səfəri onlar üçün ona görə vacibdir ki, gedib oradakı vəziyyətlə tanış olsunlar və fikir mübadiləsi aparsınlar

APA-nın xəbərinə görə, bunu Xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir deyib ki, danışıqların istiqaməti artıq bilinsə də, İrəvana səfərdən sonra həmsədrlər danışıqları hansı yollarla davam etdirməyi təklif edəcəklər: "Həmsədrlərin bu dəfə Azərbaycana səfəri nəzərdə tutulmayıb. Əvvəlcə Ermənistana gedib yeni hakimiyyətlə tanış olmalıdırlar. Kimlə danışacaqlarını və kimlə işləyəcəklərini bilməlidirlər. Onların ağlında nə olduğunu öyrənsinlər. Bu, həmsədrlər üçün vacibdir".
O əlavə edib ki, həmsədrlər tərəfindən Ermənistan və Azərbaycan XİN başçılarının görüşü təklif edilsə də, hələ tarix və görüş yeri müzakirə edilməyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv