Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
MƏDƏNİYYƏT

Xalq artisti İbrahimbəyovla əməkdaşlığa son qoydu – Video

<b>Xalq artisti İbrahimbəyovla əməkdaşlığa son qoydu – Video</b>

Xəbər verdiyimiz kimi Rüstəm İbrahimbəyov ssenarı müəllifi olduğu "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqı vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, vəhşi türkün qurbanı kimi göstərilir

Filmdə ssenari müəllifinin öz doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub.
Unikal.org xəbər verir ki, bu məsələyə görə xalq artisti Fəxrəddin Manafov Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bildirib. Azərbaycan Dövlət Televiziyasının "Günün Nəbzi" verilişinin qonağı olan xalq artisti adıçəkilən ittifaqı sərt tənqid edib:
"Mən fiziki olaraq o qurumla əlaqədə deyiləm.Mən o qurumun rəsmi nümayəndəsinə zəng etdim.Çox təkidlə ona dedim ki, mən de-fato orda yoxam, de-yuro məni ordan xaric eləyin.Mən bundən sonra o qurumda iştirak etmək fikrində deyiləm.Mən inanmıram ki, bu cür ağır məsələdən sonra o qurumda azərbaycanlılardan kimsə qalsın.O qurumda artıq heç kəs qalan deyil".










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv