Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
HADİSƏ

BAXCP sədri Azərbaycan xalqına təbrik ünvanlayıb

<font color=red><b>BAXCP sədri Azərbaycan xalqına təbrik ünvanlayıb</b></font>

Milli dövlətçilik qürurumuz müstəqilliyimiz üçün təhlükə törədə biləcək bütün amillərə qarşı ən güclü silaha çevrilməlidir


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cümuriyyətinin 100-cü ildönümü münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlanıb. Təbrikdə deyilir:

“Əziz soydaşlarım!

Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq kiçik bir zaman kəsiyini əhatə etməsinə baxmayaraq, xalqımızın azadlıq mücadiləsinin və dövlət qurmaq bacarığının göstəricisi kimi mühüm tarixi əhəmiyyətə malikdir. XX əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əli bəy Hüseynzadə, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və digər böyük Azərbaycan mütəfəkkirlərinin, istiqlal mücahidlərinin işıqlı zəkasından doğmuş Azərbaycan Xalq Cümhuriyyətinin işıqlı tarixi uzun illər boyu Sovet imperiyasının amansız represiya maşınıyla əzilən xalqımızın azadlıq ideallarını sönməyə qoymamış, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına, Milli Azadlıq Hərəkatının təşəkkül tapmasına və nəticədə dövlət müstəqilliyimizin yenidən bərpa olunmasına təkan vermişdir.
Bu baxımdan ilk demokratik respublikamızın tarixinin araşdırılması Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün böyük önəm kəsb edir. Milli dövlətçilik qürurumuz müstəqilliyimiz üçün təhlükə törədə biləcək bütün amillərə qarşı ən güclü silaha çevrilməlidir.
Belə bir dönəmdə hər birimizin üzərinə böyük bir məsuliyyət - Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi missiyası düşür. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət quran bir millət kimi biz bu tarixi missiyanı ləyaqətlə yerinə yetirmək, gələcək nəsillərə bütöv və qüdrətli Azərbaycan miras qoymaq əzmində olmalıyıq.
Ümid edirəm, milli birliyimiz və dövlətçiliyimizə sədaqətimiz nəticəsində Azərbaycanın bütövlüyünə və qarşımızda duran bütün problemlərin həllinə nail olacağıq.
Sizi bu böyük bayram münasibətilə təbrik edir, hər birinizə Azərbaycan Respublikasının vətəndaşı adını şərəf və qürurla daşımağı arzulayıram".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv