Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
HADİSƏ

Cümhuriyyət türk və müsəlman dünyasına Günəş kimi doğdu

<font color=red><b>Cümhuriyyət türk və müsəlman dünyasına Günəş kimi doğdu</b></font>

Qüdrət Həsənquliyev: “100 il öncə öz işıqlı zəkaları və milli qeyrətləri ilə zamanı qabaqlayan Cümhuriyyət qurucuları Azərbaycan türklərinin tarixində yeni və işıqlı bir səhifə açdılar”


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev, partiya funksionerləri və fəalları Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər. Abidə önünə əklil qoyulub.
Partiya funksionerləri və fəalları qarşısında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin tarixi hadisə olduğunu bildirib və bu böyük bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib: “Bu gün bizim ən böyük bayramımızdır. 28 may Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir. 100 il öncə öz işıqlı zəkaları və milli qeyrətləri ilə zamanı qabaqlayan Cümhuriyyət qurucuları Azərbaycan türklərinin tarixində yeni və işıqlı bir səhifə açdılar. Cümhuriyyət cəhalət və xurafata təslim olmuş, istibdadın ayaqları altında əzilən bir məmləkətə Günəş kimi doğdu və bu Günəş təkcə Azərbaycanı deyil, bütün türk və müsəlman dünyasına yeni nəfəs, yeni düşüncə, inkişaf, tərəqqi, parlamentarizm mədəniyyəti gətirdi”.
Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da Azərbaycan dövlətçiliyinin əbədi var olması üçün hüquqi əsaslar yaratdı: “Bu gün müstəqilliyimizin 100-cü ildönümündə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını sayğı ilə anır, onların əziz xatirəsi önündə baş əyirik.
Tanrı Azərbaycanı qorusun!”


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv