Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
SİYASƏT

Müstəqilliyimiz əbədidir

<font color=red><b>Müstəqilliyimiz əbədidir</b></font>

Azərbaycan prezidenti: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik”



“Xalqımız müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə haqı olaraq fəxr edə bilər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük, azadlıqsevər və mütərəqqi xalqdır”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda söyləyib.
Dövlət başçısı bildirib ki, dövlət Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, onların adları əbədiləşdirilib: “Bir neçə il öncə Bakının mərkəzində Xalqn Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb, 2018-ci il Xalq Cümhuriyyəti ili elan edilib. 23 aylıq fəaliyyəti dövründə Xalq Cümhzuriyyəti böyük işlər görüb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, Milli Ordunun əsası qoyulub, 200-dən çox qanun qəbul edilib, qadınlara səsvermə hüququ verilib, Bakı Dövlət Universiteti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın böyük faciəsidir. Əminəm ki, müstəqillik əldən verilməsəydi hazırda Azərbaycan dünyanın ən zəngin ölkərindən biri idi. Bu bir bir daha müstəqilliyin qorunub saxlanılmasının onu əldə etməkdən çətin olduğunu göstərir. 1990-cı ildə milli bayrağımızın ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda ucaldılması tarixi hadisədir”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycanda sözün əsl mənasında müstəqil siyasət yürüdülür: “Bizim siyasətimiz milli maraqlar üzərində qurulub”.
Dövlət başçısı xalqın maraqlarının siyasətin mənbəyi olduğunu və ölkədə qazanılan uğurların əsasında xalq, iqtidar həmrəyliyinin dayandığını, ölkənin beynəlxalq nüfuz və mövqeyinin daha da möhkəmləndirildiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayan dövlət başçısı deyib ki, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılmasına imkan verilməyəcək: “Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və biz bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyin qarantıdır”.
Prezident İlham Əliyev 1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycanın çətin sınaqlardan keçdiyini bildirib: “O vaxtkı hakimiyyət ölkəni idarəedilməz vəziyyətə saldı, torpaqlarımız işğal olundu”.
Dövlət başçısı deyib ki, xalq nicat yolunu Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü: “Çünki Heydər Əliyev hələ ölkəyə rəhbərliyinin birinci dövründə resprublika və xalq üçün böyük işlər görmüşdü. Heydər Əliyev 1990-cı il qanlı 20 Yanvar faciəsinə Moskvada öz etirazını bildirmişdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizin müstəqilliyinin dayaqları möhkəmləndi, ölkəmiz inkişaf yoluna qədəm qoydu. 2003-cü ildən sonra da ölkəmizin dinamik inkişafı təmin edildi”.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan düyanın idman ölkəsinə çevrilib. İdmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr göstərib: "Bu gün müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Əminəm ki, Xalq Cümhuriyyətinin qurucuları da bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər. Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbaycan bir daha onu göstərir ki, müstəqilliyimiz ən böyük sərvətimiz, xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv