Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
SİYASƏT

Mey və Ərdoğandan Azərbaycana məktub

<b>Mey və Ərdoğandan Azərbaycana məktub</b>

Azərbaycana səfər etmək hər zaman böyük məmnunluq doğurur

Mən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xalqınızı təbrik edirəm.
APA-nın məlumatına görə, bunu bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
Baronessa Emma Nikolson deyib ki, Azərbaycan 100 il əvvəl qadınlara səsvermə hüququ verib: "Mən bununla bağlı sabah keçiriləcək tədbirdə də iştirak edəcəm".
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisi qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi ilə bağlı atılmış mühüm addımdır:
"BP və SOCAR növbəti saziş imzalayıb. Bu əməkdaşlıq ölkələrimizə daha böyük fayda gətirə bilər. Bu baxımdan Böyük Britaniya ticarət əlaqələrinə xüsusi diqqət yetirir".
Daha sonra o, Böyük Britaniya baş nazirinin təbrik məktubunu oxuyub.
Təbrik məktubunda bildirilir ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi, eyni zamanda Xəzər Neft-Qaz Sərgisinin 25 illiyidir.
"Neft-qaz gəlirləri Azərbaycanı müasir ölkəyə çevirib. BP-nin bu məsələdə rolu ilə fəxr edirəm. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" tarixi dönüş oldu. Biz tərəfdaşlığımızı daha da genişləndirmək istəyirik. Bu baxımdan aprelin 26-da prezident İlham Əliyevi Londonda görməkdən, Hasilatın Pay Bölgüsü üzrə 6-cı sazişin imzalanmasına şad olduq. Neft-Qaz Sərgisinin iştirakçılarına da uğurlar arzulayıram".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə göndərdiyi təbrik məktubunda TANAP-ın tarixi layihə olduğunu bildirib.
Türkiyə prezidenti bu gün TANAP-a ilk qazın vurulmasına başlandığını qeyd edib:
"İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək. Cənub Qaz Dəhlizinin digər elementlərinin də uğurla istifadəyə veriləcəyinə inanıram".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv