HADİSƏ
Bakıda cinayətkar qrupun qadın üzvü tutuldu – Rəsmi

Bakıda mənzildən oğurluq edən qrupun daha bir üzvü tutulub
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 30000 ABŞ dolları və 100000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Bakı şəhər sakini Familə Vəliyeva saxlanılıb.