Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

Mənsimov 500 azərbaycanlı tələbəni topladı - İstanbulda

<b>Mənsimov 500 azərbaycanlı tələbəni topladı - İstanbulda</b>

“Palmali” Şirkətlər Qrupunun prezidenti, tanınmış iş adamı Mübariz Mənsimov 28 May Respublika Günü və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə Türkiyənin İstanbul şəhərində yaşayan və təhsil alan azərbaycanlıları iftar süfrəsində bir araya gətirib

500-ə yaxın insanın iştirak etdiyi iftar yeməyi İstanbulun mərkəzi bölgələrindən Leventdə lüks restoranların birində baş tutub. Həmçinin, Türkiyənin tanınmış ictimai xadimləri, azərbaycanlı və türkiyəli sənətçilər də iftar süfrəsinin arxasına toplaşıb.
Tədbirdə qonaq qismində məşhur türk müğənniləri Mahsun Kırmızıgül, Ercan Saatcı, Kubat və bir sıra nüfuzlu türk iş adamları, millət vəkilləri iştirak edib. İftar zamanı azərbaycanlı tələbələr üçün isti bir atmosfer yaradılıb. Mübariz Mənsimov onlarla yaxından maraqlanıb və onların problemlərini dinləyib, gənclərin həyata keçirmək istədiyi layihələrə əlindən gələn dəstəyi verəcəyini açıqlayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv