Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
DÜNYA

ABŞ-dan bu ölkəyə xəbərdarlıq: S-400-ləri alsanız...

<b>ABŞ-dan bu ölkəyə xəbərdarlıq: S-400-ləri alsanız...</b>

ABŞ Hindistanın Rusiyadan S-400 zenit raket sistemləri almasından təəssüflənir

Bunu NDTV televiziyasına müsahibəsində ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Uilyam Tornberri deyib. Onun sözlərinə görə, ABŞ hələlik Hindistanın bu qərarı ucbatından Dehliyə qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil.
O, Hindistanın qərarının ABŞ-la müdafiə sahəsində əməkdaşlığa, xüsusilə bu ölkəyə ABŞ pilotsuz aparatlarının tədarükünə problemlər yaradacağını bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya ilə Hindistan arasında S-400-lərin tədarükü ilə bağlı müqavilənin bu ilin ikinci rübündə imzalanacağı bildirilmişdi.
ABŞ bundan öncə Rusiyanın bir sıra hərbi şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, Vaşinqtonun qəbul etdiyi CAATSA qanunu ABŞ-a Rusiyadan silah alan bütün ölkələrə qarşı sanksiyalar tətbiq etmək haqqı verib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv