Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
İDMAN

“Qəbələ”nin yeni baş məşqçisi kimdir? - Açıqlama

<b>“Qəbələ”nin yeni baş məşqçisi kimdir? - Açıqlama</b>

Samir Abasovun “Qəbələ”nin baş məşqçisi olacağı ilə bağlı yayılan xəbərlər haqda dəqiq bir fikir deyə bilmərik

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev danışıb. O, yayılan iddiaları da təkzib etməyib:
“Kubok oyunundan sonra futbolçular istirahətə buraxılıb. Hazırda klubun baş məşqçisi yoxdur. Buna görə də axtarışlara başlamışıq. Namizədlər barədə hələlik bir söz deyə bilmərik. Qarşıdan Avropa Liqası oyunları gəlir deyə, vaxtımız azdır. Mümkün qədər tez müddətdə baş məşqçi təyin olunmalıdır ki, komanda oyunlara qədər hazır olsun. Təyinat olanda ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Roman Qriqorçuk ötən gün “Keşlə” ilə final oyunundan sonra “Qəbələ”dən getdiyini açıqlayıb. Bundan sonra onun yerinə “Sumqayıt”ın keçmiş baş məşqçisi Samir Abasovun gələcəyi deyilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv