Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
QHT XƏBƏR

“Yeni Üfüq” növbəti Ramazan aksiyası keçirib

<b>“Yeni Üfüq” növbəti Ramazan aksiyası keçirib</b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı boyunca Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir

Birlikdən verilən məlumatına görə, təşkilatın rəhbərliyi bu gün Qarabağ qazilərini və şəhid ailələlərini ziyarət edib. Görüşdə təşkilatın sədri Sevinc Əzimbəyli və Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, qəhrəman Qarabağ qazilərinin və şəhid ailələrinin üzərimizdə ən çox haqq sahibləri olduqlarını bildirib. C.Əzimbəyli tezlik doğma Qarabağ torpaqlarının azad olunacağına əminliyini ifadə edib: “Çox istərdim ki, “Ovqat”-AB şirkətinin rəhbərliyi kimi digər şirkətlər və imkanlı şəxslər şəhid, qazi ailələrini, həmçinin imkansız insanları bu Ramazan ayında sevindirsinlər”.
Birliyin sədri Sevinc Əzimbəyli xeyirxah aksiyanın həyata keçirilməsində onlara göstərdiyi dəstəyə görə “Ovqat”-AB şirkətinə öz minnətdarlığını bildirib.
“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov diqqət və qayğıya görə təşkilatın rəhbərliyinə təşəkkür edib və bildirib ki, heç vaxt şəhid və qazi ailələrini unutmursunuz.
Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firuddin Məmmədov isə “Yeni Üfüq”ün hər zaman şəhid və qazi ailələrinə hər zaman ehtiramla yanaşdığını söyləyib.
Onu da qeyd edək ki,”Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Ramazan ayı boyunca fərqli ünvanlarda xeyriyyə aksiyalarını davam etdirir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv