Son xəbərlər
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
QHT XƏBƏR

Siyəzəndə uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib

<b>Siyəzəndə uşaq hüquqlarının qorunması ilə bağlı tədbir keçirilib</b>

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi (ADİİM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Siyəzən rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin dəstəyi ilə “Uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin ilk tədbirini keçirib.
Siyəzən rayon Gənclər Mərkəzində baş tutan tədbirdə İctimai Birliyin üzvləri, Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhər tam orta məktəblərin Uşaq Birliyi rəhbərləri, müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov açaraq qonaqlar və tədbir haqqında iştirakçılara məlumat verib.
Daha sonra tədbirdə ADİİM İB-nın sədri Cavid Şahverdiyev, layihə üzrə ekspert Ülvi Əfqanlı və Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Elvin Kərimov çıxış edərək bildiriblər ki, dövlətin qayğısı ilə əhatələnən uşaqların hüquqlarının qorunması, təmin edilməsi, bu sahədə mövcud olan problemlərin ardıcıl həlli dövlətin daim diqqət mərkəzindədir. Belə ki, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülür.
Son illər uşaqların müasir tələblər səviyyəsində təhsil almasının, təlim-tərbiyəsinin daha səmərəli təşkili üçün lazımi şərait yaradılıb, bu istiqamətdə mühüm layihələr reallaşdırılıb.
Çıxışlarda həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan dövlət- uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli ilə bağlı qəbul edilən dövlət proqramları haqqında məlumat verilib və tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv