Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
İQTİSADİYYAT

SOCAR məşhur yapon şirkəti ilə memorandum imzaladı

<b>SOCAR məşhur yapon şirkəti ilə memorandum imzaladı</b>

Mayın 30-da Bakıda XXV yubiley Beynəlxalq “Caspian Oil and Gas” konfransı keçirilir

09:19
Konfransın “Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo, Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuriy Sentyurin və Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hirakinin məruzələri dinlənilir.
Konfransda 49-dan artıq spiker öz məruzələri ilə çıxış edəcək. Bu il konfransda aparıcı şirkətlərin 500-dən çox şirkət rəhbərləri, sənaye nazirliklərinin nümayəndələri, beynəlxalq və yerli ekspertlər var. Konfransda aparıcı enerji və neft-qaz şirkətlərinin rəhbərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir araya toplayacaq və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlərin müzakirəsi üçün imkanlar yaradır.
“Caspian Oil and Gas” konfransı Azərbaycanın Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir.
***
Bakıda keçirilən XXV “Caspian Oil and Gas” konfransı çərçivəsində SOCAR ilə Yaponiyanın Dövlət Neft-Qaz Şirkəti ("JOGMEC") anlaşma memorandumu imzalayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv