Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
DÜNYA

Avropada şok: Ateistlər xristianlardan “daha allahlı” çıxdı

<b>Avropada şok: Ateistlər xristianlardan “daha allahlı” çıxdı</b>

Qərbi Avropada özləri xristian hesab edən şəxslərin miqrant və müsəlmanlara münasibəti ateistlərlə müqayisədə daha az dözümlüdür

Bu nəticə aparılan sorğudan sonra ortaya çıxıb. Araşdırmaya əsasən, kilsəni mütəmadi ziyarət edən britaniyalıların 45%-i islamın Britaniyanın dəyərləri və mədəniyyəti ilə ortaq heç nəyi olmadığını bildirib. Britaniyadakı ateistlərin isə cəmi 30%-i bu fikri müdafiə edib.
Özlərini xristian adlandıranlar daha çox Yaxın Şərq və Afrikadan olan miqrantlara pis münasibət bəsləyiblər. Ateistlər isə onları əməksevər və dürüst adlandırıblar.
Fransada 35% xristian miqrantların Avropaya axınının azaldılmasını müdafiə edib. Ateist fransızlar arasında isə bu fikri yalnız 21% dəstəkləyib.
Avropadakı xristianlar arasında həmçinin antisemit baxışlar da geniş yayılıb. Belə ki, onların böyük hissəsi öz ailə üzvləri arasında yəhudinin yer almasına qarşı çıxıb.
Qeyd edək ki, təşkilatın apardığı araşdırma 15 ölkəni əhatə edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv