Son xəbərlər
24 MAY
23 MAY
DÜNYA

Tiflisdən Əsədə: Uşaq qatili, Rusiyanın dostu...

<b>Tiflisdən Əsədə: Uşaq qatili, Rusiyanın dostu...</b>

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Suriyanın qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına reaksiya verib

Marqvelaşvili fikrini öz Tvitter səhifəsində paylaşıb.
“Sənin müttəfiqlərin kim olduğundan xəbər verir. Bu gün kimyəvi silahlarla uşaqları öldürən Əsəd rejimi Rusiyanın müttəfiqidir”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Suriya rəsmən qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Rəsmi Tiflis isə buna cavab olaraq Dəməşqlə münasibətlərini dayandırıb.