Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
İQTİSADİYYAT

Dünya Bankının regional direktoru ilə müzakirələr aparılıb

<b>Dünya Bankının regional direktoru ilə müzakirələr aparılıb </b>

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşüb

Görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Nazir Şahin Mustafayev Azərbaycanın Dünya Bankı ilə 25 ildən çoxdur ki, əməkdaşlıq etdiyini, ölkəmizin bu əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı, nəqliyyat və s. sahələri əhatə edir. Dünya Bankının maliyyə və texniki dəstəyi ilə müvafiq sahələrdə reallaşdırılan layihələr bu sahələrin inkişafında əhəmiyyətli rol oynayır. Şahin Mustafayev bərk məişət tullantılarının vahid idarəçiliyi, Trans-Qafqaz Nəqliyyat Dəhlizində yük daşımaları və loqistika fəaliyyətinin təkmilləşdirilməsi və Dünya Bankı ilə birgə həyata keçirilən digər layihələrin əhəmiyyətini vurğulayıb, özəl sektora dəstəyin davam etdirilməsi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə əməkdaşlığa dair təkliflərini bildirib. Qeyd edilib ki, bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi çərçivəsində görülən işlər ölkəmizdə səfərdə olan xarici nümayəndə heyətləri tərəfindən də yüksək qiymətləndirilir. Şahin Mustafayev həmçinin, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, 2018-ci ilin ilk dörd ayında ticarət dövriyyəsinin, qeyri-neft ixracının, eləcə də strateji valyuta ehtiyatlarının artdığını vurğulayıb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təbriklərini çatdırıb. Ötən il Dünya Bankının Azərbaycanla əməkdaşlığının 25 illiyinin qeyd olunduğunu vurğulayan xanım Tembon əlaqələrin ildən-ilə genişləndiyini diqqətə çatdırıb. Hazırda Bankın dəstəyi ilə Azərbaycanda 9 layihənin icra olunduğunu bildirən xanım Mersi Tembon yeni əməkdaşlıq istiqamətlərinə dair fikirlərini bölüşüb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv