Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
İDMAN

Kadırov Mauqlini təbrik etdi

<b>Kadırov Mauqlini təbrik etdi</b>

Əziz qardaşım, dünyanın ən yaxşı döyüşçülərindən biri, “Əhməd” kikboksinq klubunun rəhbəri “Mauqli” ləqəbli Zabit Səmədovu parlaq qələbə münasibətilə təbrik edirəm

Bu sözləri Çeçenistan lideri Ramzan Kadırov həmyerlimiz, K-1 ustası Zabit Səmədovun Avropa çempionu olması münasibətilə deyib.
“O, Moskvada keçirilən kikboksinq üzrə “Jara Fight Show” turnirinin əsas döyüşündə fransız döyüşçü Freddi Kemayonu hakimlərin yekdil qərarı ilə məğlub edib. Beləliklə, Zabit Səmədov layiq olduğunu aldı - “King of Kings” versiyası üzrə Avropa çempionu tituluna sahib oldu. Biz qardaşımızın bu qarşılaşmada uğur qazanacağına şübhə etmirdik. O, kikboksinq dünyasında ən güclü döyüşçü olaraq qaldığını bir daha sübut etdi. Zabit Səmədovu gözəl və inamlı qələbə münasibəti ilə təbrik edirəm! Möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirəm”, - Kadırov bildirib.
Xatırladaq ki, ötən gecə baş tutan qarşılaşmada Zabit Səmədov fransız rəqibi Freddi Kemayoya 5 dəqiqə davam edən görüşdə 50:46 hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv