Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
HADİSƏ

Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat

<b>Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat</b>

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyevin verdiyi məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Qalib Hümmət oğlu Əbdüləliyev Agentliyin Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi təyin edilib.
Q. Əbdüləliyev bundan əvvəl Dünya Bankının dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyində həyata keçirilən müxtəlif layihələrdə baytarlıq mütəxəssisi və koordinatoru, Azərbaycan Dövlət Baytarlıq Preparatlarına elmi Nəzarət İnstitutunun direktoru, son olaraq isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri vəzifələrində çalışıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv