Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
HADİSƏ

Gömrükçülər külli miqdarda qızıl aşkarladı

<b>Gömrükçülər külli miqdarda qızıl aşkarladı</b>

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar

DGK-dan verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Öncə həmin şəxs üzərində 1 ədəd sırğa-üzük-kulon dəsti, 2 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd qolbaq olduğunu bildirib və gömrük nəzarətinə bundan başqa bəyan olunası əşyanın olmadığını söyləyib.
Lakin yoxlama zamanı, vətəndaşın üzərində - şalvarının qabaq yuxarı hissəsinə iç tərəfdən alt paltarla bərkidilmiş bir ədəd sellofan büküm aşkar edilib. Həmin bükümün içərisində isə bəzilərinin üzərində qaşlar olan 28 ədəd qolbaq, 28 ədəd boyunbağı, 7 ədəd üzük, 43 cüt sırğa, 1 ədəd sırğa-üzük-kulon dəsti və 12 ədəd sırğa-üzük dəsti aşkarlanıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 486,88 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv