Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
HADİSƏ

Bakıda tanınmış aparıcıya qarşı - Cinayət

<b>Bakıda tanınmış aparıcıya qarşı - Cinayət</b>

Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub

Nazirlikdən verilən məlumata görə, hadisə yerinə gələn Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus KİA markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edib və həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Lent.az-ın məlumatına görə, zərərçəkmiş şəxs İctimai Televiziyanın tanınmış aparıcısı Saleh Bağırovdur. Hadisə telekanalın yaxınlığında, yolun kənarında baş verib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv