Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
SİYASƏT

Məmmədyarov Klimkinlə görüşdü

<b>Məmmədyarov Klimkinlə görüşdü</b>

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorka səfəri çərçivəsində Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkin ilə görüşüb

Azərbaycan XİN-dən verilən məlumata görə, nazirlər ölkələrimiz arasında əlaqələrin mövcud səviyyəsindən və siyasi dialoqun inkişafından məmnunluq ifadə ediblər. XİN başçıları bu xüsusda Azərbaycan Respublikası və Ukrayna arasında yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurası, Hökumətlərarası birgə Komissiya, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələrin rolunu yüksək qiymətləndiriblər.
Tərəflər Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb marşrutlarını qeyd edərək bu layihələrin ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar açdığını bildiriblər.
Görüş əsnasında nazirlər BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Söhbət zamanı ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, enerji, elm-təhsil, turizm, kənd-təsərrüfatı, mədəniyyət, əczaçılıq və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv